525.Az

Kanadada İslamofobiya ilə mübarizə üçün ilk xüsusi nümayəndə təyin edilib


 

Kanadada İslamofobiya ilə mübarizə üçün ilk xüsusi nümayəndə təyin edilib<b style="color:red"></b>

Kanada hökuməti ölkədəki müsəlman icmasının üzləşdiyi təcavüz, irqçilik, ayrı-seçkilik və dini dözümsüzlüklə mübarizə üçün xüsusi nümayəndə təyin edib.

525.az xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo verdiyi yazılı açıqlamada insan haqları müdafiəçisi və jurnalist Amira Elqavabini Kanadanın İslamofobiya ilə mübarizədə ilk xüsusi nümayəndəsi təyin etdiyini açıqlayıb. Trüdo, Elqavabinin təyin edilməsinin ölkədə islamofobiya və hər cür nifrətlə mübarizədə mühüm addım olduğunu bildirərək: "Müxtəliflik Kanadanın ən güclü tərəflərindən biridir, lakin bir çox müsəlmanlar üçün islamafobiya çox tanışdır. Biz bunu dəyişməliyik. Ölkəmizdə heç kim inancına görə nifrət duymamalıdır", - ifadələrini işlədib.

Kanada hökumətinin müsəlman cəmiyyətinin yanında olduğunu qeyd edən Trüdo, ölkədə hər cür islamofobiya, ayrı-seçkilik və nifrətin qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, illik büdcəsi 4,2 milyon dollar olan xüsusi nümayəndənin 4 il xidmət edəcəyi gözlənilir.

Məhəmməd Tağıyev

 





30.01.2023    çap et  çap et