525.Az

Baydenin evində axtarış - məxfi sənədlər tapılıb


 

Baydenin evində axtarış - <b style="color:red">məxfi sənədlər tapılıb </b>

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Prezidenti Co Baydenin şəxsi evində axtarış apardıqdan sonra onun dəftərlərini ələ keçirib. 

525.az xəbər verir ki, Baydenin bəzi səhifələrdəki qeydləri onun vitse-prezident (Prezident Barak Obama dövründə) kimi rəsmi fəaliyyətinə, o cümlədən diplomatik əlaqələrinin təfərrüatlarına istinad edir.

Tapılan əlyazma qeydlərində məxfi xarakter daşıyan məlumatlara rast gəlinib. 

Qeyd  edək ki, yanvarın 22-də ABŞ Prezidenti Co Baydenin şəxsi evində onun vitse-prezidentliyinə aid gizli sənədlərin tapılmasından sonra daha 6 yeni məxfi sənəd aşkar edilib.

Havar Şəfiyeva

 





30.01.2023    çap et  çap et