|
|
|
|
"Nissan" elektrik mühərrik hissəsinin alışmasına səbəb ola biləcək nasazlığa görə 527 mindən çox avtomobili geri çağırıb.
525.az xəbər verir ki, Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin (MLIT) məlumatına görə, "Nissan" avtomobil istehsalçısı mühərrik hissələrinin nasazlığı ilə bağlı hesabat alıb.
Nazirliyin məlumatına görə, "Nissan" elektrik mühərrik hissəsinin alışmasına səbəb ola biləcək nasazlıq səbəbindən avtomobillərini geri çağırmaq qərarına gəlib. Daha dəqiq səbəb kimi avtomatik "start-stop" sistemi üçün elektrik mühərriklərindəki komponentlərin nasazlığı göstərilib.
MLİT-in açıqlamasında, "Nissan" istehsalı olan, indiyə qədər 5 avtomobilin tam, 6 avtomobilin isə qismən yandığı bildirilib.
Hesabatlar "Nissan"a çatdıqdan sonra istehsalçı X-Trail, Serena mikroavtobusu və Landy minivan modelləri də daxil olmaqla cəmi 527 min 491 avtomobili geri çağırıb.
Qeyd edək ki, geri çağırılan avtomobillərin təxminən yarısı 2010-cu ilin sentyabrından 2017-ci ilin iyununa qədər istehsal edilib və potensial olaraq alov ala bilər.
Malik Atilay