525.Az

Hərbi şəhərcikdə tank əleyhinə mərmi tapılıb


 

Hərbi şəhərcikdə tank əleyhinə mərmi tapılıb<b style="color:red"></b>

Gəncə şəhərində binanın zirzəmisində tank əleyhinə mərmi tapılıb.
 
Kəpəz Rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Rafiq Həbibov İdarəyə müraciət edərək bildirib ki, Gəncə şəhəri 38 saylı Hərbi Şəhərcikdə, 397 saylı binanın zirzəmisində su nasosunu təmir edən zaman bir ədəd mərmi tapıb.
 
Məlumat əsasında əməliyyat-axtarış qrupu hadisə yerinə gedib və yararsız vəziyyətdə atılmış tank əleyhinə bir ədəd PQ-9 markalı mərmi götürülərək Kəpəz Rayon Polis İdarəsinə aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.

 





04.07.2014    çap et  çap et