https://525.az/img/pics/medium/2023-02/258217_yzwaugi771.jpg Novruz bayramı: mifdən gələn motivlər - Muxtar Kazımoğlunun yazır
https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg Nostradamusun görücülüyü və bu günümüz - Qəzənfər Paşayev (IV yazı)
https://525.az/img/pics/medium/2023-03/261361_2dxp5oqa8g.jpg Aqil ABBAS: "Qazandıqlarım itirdiklərimi heç vaxt əvəz edə bilməz"
https://525.az/img/pics/medium/2023-03/261347_nnsp8qtwx4.jpg İrandan Nizami Gəncəvi ilə bağlı növbəti təxribat
search
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023

Azərbaycan poloçuları ikinci dəfə dünya kubokunun sahibi olub

Azərbaycan poloçuları ikinci dəfə dünya kubokunun sahibi olub


İsveçrənin Sankt Moritz şəhərində 38-ci qarüstü polo üzrə dünya kuboku başa çatıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 525.az-a verilən xəbərə görə, yanvarın 26-da start götürmüş və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil etmişdir.

Komandamız keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub etmiş və turnirin final qarşılaşmasında İsveçrənin “Sankt Moritz” komandası ilə üz-üzə gəlmişdir.

Yanvarın 29-da baş tutmuş final oyunu gərgin mübarizə şəraitində keçmişdir. Oyunun əsas vaxtı heç-heçə tamamlanmış, əlavə olunan vaxtda yerli azarkeşlərin rəqib komandanı dəstəkləməsinə baxmayaraq, “Land of Fire” komandası prinsipial oyunda qızıl topu vuraraq 6-5 hesabı ilə qələbə qazanmışdır.

Bununla da Azərbaycan poloçuları növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olmuşlar.

Tədbirin sonunda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim olunmuşdur.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.