525.Az

Şəhid Orxan Əsgərovun vida mərasimi başa çatıb - YENİLƏNİB 3


 

Şəhid Orxan Əsgərovun vida mərasimi başa çatıb - <b style="color:red">YENİLƏNİB 3</b>

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi başa çatıb.

525.az "Report"a istinadən xəbər verir ki, şəhidin cənazəsi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılır.

***

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla yaşadığı binanın həyətində vida mərasimi davam edir.

525.az "Report"a istinadən xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Xarici İşlər Nazirliyinin nümayəndələri, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər şəxslər iştirak edir.

Ərazidə güclü təhlükəsizlik tədbirləri görülüb.

Hazırda mərhumla vida mərasimi davam edir.

***

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi keçirilir.

525.az "Report"a istinadən xəbər verir ki, şəhidin cənazəsi Yeni Yasamalda vaxtilə yaşadığı ünvana gətirilib.

Vida mərasimində dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və O.Əsgərovun ailə üzvlər iştirak edir. 

Mərasimdən sonra şəhidin nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılacaq.

***

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidindən götürülərək evinə aparılır.

525.az "Report"a istinadən xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı ünvanda keçiriləcək.

Vida mərasimdən sonra O.Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, şəhidin nəşi ötən gecə İrandan Azərbaycana gətirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

 

 





30.01.2023    çap et  çap et