|
|
|
|
"Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının vaxtının apreldə keçirilməsi ənənə halı alıb. Amma bu il biz yığıncağın vaxtını 1 ay qabağa çəkdik”.
525.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, gələn il müddət 2 ay qabağa da çəkilə bilər:
“Aprel ayına gözlənilən yığıncaq mart ayının sonuncu həftəsində keçirilə bilər. Gələn il yığıncağın fevralda keçirilməsini düşünürük. Bu il ümumi hesabatlar ən geci fevralın 10-na qədər verilməlidir”.