525.Az

Azərbaycanlı şagird ABŞ-da Beynəlxalq Olimpiadada qızıl medal qazanıb


 

Azərbaycanlı şagird ABŞ-da Beynəlxalq Olimpiadada qızıl medal qazanıb<b style="color:red"></b>

Azərbaycanlı şagird Qəndab Məmmədova ABŞ-da Beynəlxalq Olimpiadada qızıl medal qazanıb.

525.az-ın xəbərinə görə, Kopernik Olimpiadasının Fizika və Astranomiya üzrə qlobal mərhələsində Azərbaycanı Q.Məmmədova təmsil edib.

Təmsilçimiz Rice Universitetində təşkil edilən olimpiadada 29 ölkənin iştirakçısını qabaqlayaraq birinciliyi əldə edib. O, yarış müddətində öz fəallığı ilə seçilib.

Qeyd edək ki, Q.Məmmədova Bakı şəhərində yerləşən 279 nömrəli məktəb 11-ci sinif şagirdidir

 





30.01.2023    çap et  çap et