525.Az

Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələri müzakirə edilib


 

Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələri müzakirə edilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Ankara şəhərində Avrasiya Yazarlar Birliyinin sədri, yazıçı Yaqub Öməroğlu ilə qarşılıqlı elmi-ədəbi əlaqələri müzakirə edib.

525.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparılıb.

Avrasiya Yazarlar Birliyinin “Qardaş qələmlər” dərgisində Azərbaycan mövzusunun özünəməxsus yer tutması və daha da genişləndirilməsi məsələsi də nəzərdən keçirilib.

Müzakirədə Avrasiya Yazarlar Birliyinin üzvü, tanınmış şair Əli Akbaş da iştirak edib.

 





30.01.2023    çap et  çap et