525.Az

AMEA-nın Yer Elmləri Bölməsində hesabat ilində 8 mühüm nəticə əldə edilib


 

AMEA-nın Yer Elmləri Bölməsində hesabat ilində 8 mühüm nəticə əldə edilib<b style="color:red"></b>

2022-ci ildə AMEA-nın Yer Elmləri Bölməsində 8 problemi əhatə edən 45 mövzu, 55 elmi tədqiqat işi, 43 mərhələ üzrə elmi-tədqiqat işi yerinə yetirilib, 1 mövzu, 16 elmi-tədqiqat işi başa çatdırılıb, 1 tətbiq işi tamamlanıb. İl ərzində 4 Dövlət Proqramı üzrə tədqiqatlar aparılıb.

525.az xəbər verir ki, bunu yanvarın 30-da AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında bölmənin Elmi şurası sədrinin müavini akademik Fəxrəddin Qədirov deyib. Akademik bildirib ki, hesabat ilində AMEA-nın Yer Elmləri Bölməsinin elmi müəssisələrində 8 mühüm nəticə əldə edilib.

Bölmənin alimləri tərəfindən 15 monoqrafiya, 19 kitab və 7 dərs vəsaiti (cədvəl 4, 5), 233 məqalə (78-i xaricdə), 90 tezis (46-ı xaricdə) nəşr edilib. Nəşr edilən məqalələrdən 46-sı "Web of Science" və "Scopus" bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görüb.

Sevinc Qarayeva 

 





30.01.2023    çap et  çap et