525.Az

Azərbaycan Macarıstanla kosmik əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb


 

Azərbaycan Macarıstanla kosmik əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb<b style="color:red"></b>

Azərbaycanın Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

525.az xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb.

İmzalanma mərasimi bu gün Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra baş tutub.

 





30.01.2023    çap et  çap et