525.Az

Magistraturaya qəbul üçün keçirilmiş sınaq imtahanının nəticələri elan edilib


 

Magistraturaya qəbul üçün keçirilmiş sınaq imtahanının nəticələri elan edilib<b style="color:red"></b>

Magistraturaya qəbul olmaq istəyənlər üçün keçirilmiş sınaq imtahanının nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, Dövlət İmtahan Mərkəzi yanvarın 29-da keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 17:00-dan etibarən elan edib.

Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 566 nəfərdən 28 nəfər imtahana gəlməyib.

Sevinc Qarayeva 

 





30.01.2023    çap et  çap et