525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> İyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludl olacağı, arabir tutulacağı gözlənilir.

Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-24, gündüz 30-35 dərəcə  isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında iyulun 05-də səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
 





04.07.2014    çap et  çap et