525.Az

ABŞ-da polis zorakılığı insanları küçələrə çıxarıb


 

ABŞ-da polis zorakılığı insanları küçələrə çıxarıb<b style="color:red"></b>

ABŞ-nin Tennessi əyalətində polis tərəfindən döyülərək öldürülən Tayr Nikolsun görüntüləri paylaşıldıqdan sonra nümayişçilər bir çox şəhərdə küçələrə axışıb.

525.az xəbər verir ki, yanvarın 7-də Tennessi ştatının Memfis şəhərində 5 qaradərili polis tərəfindən döyülən 29 yaşlı qaradərili Tayr Nikolsun qətlə yetirilməsi ölkədə növbəti dəfə hiddətə səbəb olub. Hadisənin görüntüləri ilk dəfə ictimaiyyətlə paylaşıldıqdan sonra xalq polis zorakılığına qarşı küçələrə axın edib. Qaradərili əhalinin əksəriyyətinin yaşadığı Memfisdə etirazçılar polis zorakılığına son qoymağa çağırıblar. Əllərində "Tayr üçün ədalət" yazılmış plakatlar tutan etirazçılar əsas magistrallardan biri olan İ-55 körpüsünün hər iki zolağının qarşısını kəsiblər.

Boston, Atlanta, Sakramento, Vaşinqton və Nyu-York da eyni etirazların şahidi olub. Nyu-Yorkun məşhur Tayms Meydanında nümayişçi mindiyi polis maşınının şüşələrinə təpik vuraraq sındırıb. Nyu-York Polis Departamentindən verilən açıqlamaya görə, polis maşınına ziyan vuran həmin 3 nəfər saxlanılıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FTB) hadisə ilə bağlı araşdırmaya başladığı üçün polis məmurları Demetrius Haley, Desmond Mills Jr, Emmitt Martin III və Castin Smit işdən çıxarılıb.

Məhəmməd Tağıyev

 





30.01.2023    çap et  çap et