525.Az

Portuqaliyada on minlərlə müəllim etiraz aksiyası keçirib


 

Portuqaliyada on minlərlə müəllim etiraz aksiyası keçirib<b style="color:red"></b>

Portuqaliyada müəllimlər daha yaxşı iş şəraiti və daha yüksək maaşlar üçün küçələrə axışıblar. 

525.az xəbər verir ki, ölkədə dekabr ayından etibarən tətillər səbəbindən bir çox məktəblərdə təhsil dayandırılıb. Təhsil Peşəkarları Birliyinin çağırışı ilə paytaxt Lissabonda 80 minə yaxın adam nümayiş keçirib. 

Müəllimlər ən azı 120 avro maaş artımı və karyera yüksəlişinin sürətləndirilməsini istəyirlər. Dekabrın əvvəlindən bütün ölkə üzrə dövlət məktəblərində çalışan müəllimlər tətil ediblər. Bir çox məktəbdə dərslər dayandırılıb.

Malik Atilay

 





30.01.2023    çap et  çap et