525.Az

İsrail mülki şəxslərin silah daşımasını asanlaşdırmağı planlaşdırır


 

İsrail mülki şəxslərin silah daşımasını asanlaşdırmağı planlaşdırır<b style="color:red"></b>

İsrail və Fələstin arasında gərginlik Qüdsdəki hücumlardan sonra daha da artıb. İsrail hökuməti öz vətəndaşlarının odlu silah gəzdirmək üçün icazə almasını asanlaşdırmağı planlaşdırır. ABŞ dövlət katibi Antoni Blinkenin bu gün Qüdsdə gərginliyi azaltmaq üçün danışıqlar aparacağı gözlənilir.

525.az xəbər verir ki, İsrail cümə günü Qüdsdə 7 israillini öldürən fələstinlinin ailəsinin evini sökmək məqsədi ilə bağlayıb. Bu, İsrail hökumətinin hücumu törədən fələstinlilərin ailələrini cəzalandırmaq planının bir hissəsi kimi qiymətlənirilib. 

Habelə, hökumət cinayətkarların qohumlarının evlərinin sökülməsi, sosial müavinətlərinin ləğvi və ya deportasiya variantlarını da nəzərdən keçirir. İnsan haqları təşkilatları planı tənqid edərək, bunun "kollektiv cəza" olduğunu bildirir.

Digər tərəfdən, İsrail hökuməti də öz vətəndaşlarının odlu silah gəzdirmək üçün icazə almasını asanlaşdırmağı planlaşdırır.

ABŞ dövlət katibi Antoni Blinkenin isə bu gün Qüdsdə gərginliyi azaltmaq üçün danışıqlar aparacağı gözlənilir.

İsrail hökumətinin son addımı İsrail-Fələstin münaqişəsinin kəskinləşdiyi bir vaxta təsadüf edib. Cümə günü axşam Şərqi Qüdsdə sinaqoqa gedənləri hədəf alan silahlı hücumda 7 nəfər həlak olub. İsrail polisinin terror hücumu olaraq xarakterizə etdiyi hadisədə 21 yaşı olduğu qeyd edilən terrorçu qaçarkən təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Şənbə günü Yerusəlimdə daha bir silahlı hücum baş verib. Bu hücumda isə iki nəfər yaralanıb.

Qeyd edək ki, İsrail təhlükəsizlik qüvvələri ikinci hücumun 13 yaşlı bir uşaq tərəfindən həyata keçirildiyini açıqlayıb.

Fərid Sançar

 





30.01.2023    çap et  çap et