525.Az

Finlandiya Türkiyəyə cavab verib


 

Finlandiya Türkiyəyə cavab verib<b style="color:red"></b>

"Finlandiyanın NATO-ya qəbulu məsələsi ilə bağlı türk tərəfinin, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanat və şərhləri Helsinkinin alyans planlarına təsir etmir".

525.az xəbər verir ki, Finlandiya Prezidenti Sauli Niiniste müsahibəsində Helsinki və Stokholmun alyansa qoşulmaq müraciətlərindən imtina etməsi ilə bağlı xəbərlərə belə cavab verib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı birgə müraciətini ayrı-ayrı sənədlərə bölə biləcəyini, çünki Ankara və Helsinki arasında qarşılıqlı fəaliyyətdə kardinal problemin yaşanmadığını bildirmişdi.

Havar Şəfiyeva

 





30.01.2023    çap et  çap et