525.Az

Avropada iqtisadi böhrandan yalnız Azərbaycan yayına biləcək - Hesabat


 

Avropada iqtisadi böhrandan yalnız Azərbaycan yayına biləcək - <b style="color:red">Hesabat</b>

Avropada iqtisadi böhrandan növbəti dəfə yayına biləcək ölkə ancaq Azərbaycan olacaq

“APA-Economics”in məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) hesabatında bildirilir.
 
AYİB-in hesabatına görə, 2014-cü ildə Azərbaycanda iqtisadiyyatın artımı 3,5%-dən, 2015-ci ildə isə 3%-dən az olmayacaq.
 
Bankın hesablamalarına görə, bu ilin sonuna Ukrayna iqtisadiyyatı 7% azalacaq, gələn il isə ölkə iqtisadiyyatının artımı ən yaxşı halda sıfıra bərabər olacaq.
 
Qeyd edək ki, Ukrayna Avropa qitəsində yeganə ölkədir ki, 20 il ərzində iqtisadi artımı sıfıra bərabər olub.
 
Bank bildirir ki, bu il Rusiya iqtisadiyyatının artımı da sıfıra bərabər olacaq. Yalnız gələn il Rusiyanın iqtisadiyyatında 0,8%-lik artım baş verə bilər.

 





04.07.2014    çap et  çap et