525.Az

Madaqaskarda qasırğa 24 nəfərin həyatına son qoyub


 

Madaqaskarda qasırğa 24 nəfərin həyatına son qoyub<b style="color:red"></b>

Madaqaskarda təsirli olan Çeneso qasırğasında həyatını itirənlərin sayı 24-ə yüksəlib.

525.az xəbər verir ki, Madaqaskar Milli Risk və Fəlakət İdarəetmə Ofisindən verilən açıqlamada yanvarın 19-da şimal-şərq sahillərindən ölkəyə daxil olan Çeneso tropik qasırğasının 22 bölgədən 17-də təsirli olduğu bildirilib. Fırtınadan 73 377 nəfərin zərər çəkdiyi, 23 600 evin su altında qaldığı, 35 677 nəfərin məcburi köçkün olduğu bildirilib.

Fəlakət nəticəsində 24 nəfərin həyatını itirdiyi, 21 nəfərin itkin düşdüyü açıqlanıb. Hind okeanındakı ada ölkəsi Madaqaskarda yeni başlayan yağışlı mövsüm aprel ayına qədər davam edir. Belə ki, keçən ilin yanvarında Mozambik və Malavi, eləcə də Madaqaskarda təsirlənən Ana tropik qasırğasında 80-dən çox insan həlak olmuşdu.

Məhəmməd Tağıyev

 





30.01.2023    çap et  çap et