Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 9,5 milyonu ötüb.
525.az xəbər verir ki, Polşa Sərhəd Mühafizəsinin "Twitter" hesabındakı paylaşımda Rusiya-Ukrayna müharibəsi başlayandan intensiv miqrasiyanın olduğu xatırladılıb.
Yalnız dünən Ukraynadan ölkəyə 22 700 nəfərin daxil olduğu bildirilən yazıda: "Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 9 milyon 510 minə çatıb", - ifadəsinə yer verilib.
Yazıda Polşanı tərk edən ukraynalıların ümumi sayının 7 milyon 660 min nəfər olduğu qeyd edilib.
Malik Atilay