525.Az

Polşadakı ukraynalı qaçqınların sayı 9,5 milyonu ötüb


 

Polşadakı ukraynalı qaçqınların sayı 9,5 milyonu ötüb<b style="color:red"></b>

Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 9,5 milyonu ötüb.

525.az xəbər verir ki, Polşa Sərhəd Mühafizəsinin "Twitter" hesabındakı paylaşımda Rusiya-Ukrayna müharibəsi başlayandan intensiv miqrasiyanın olduğu xatırladılıb. 

Yalnız dünən Ukraynadan ölkəyə 22 700 nəfərin daxil olduğu bildirilən yazıda: "Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 9 milyon 510 minə çatıb", - ifadəsinə yer verilib.

Yazıda Polşanı tərk edən ukraynalıların ümumi sayının 7 milyon 660 min nəfər olduğu qeyd edilib.

Malik Atilay

 





31.01.2023    çap et  çap et