525.Az

Hindistanda müsəlmanların hindularla evlənməsinə etiraz edilib


 

Hindistanda müsəlmanların hindularla evlənməsinə etiraz edilib<b style="color:red"></b>

Hindistanda yüzlərlə insan müsəlmanların hindu qadınları ilə evlənməsinə etiraz edərək, dinə uyğun qanunların tətbiqini tələb edib. 

525.az xəbər verir ki, NDTV-nin xəbərinə görə, etirazçılar müsəlman kişilərin hindu qadınlarını nikah yolu ilə dinini qəbul etməyə razı saldığını iddia edərək nümayiş keçiriblər. 

Sağçı qrupların fəalları Mumbayda keçirilən mitinqdə müsəlman-hindu nikahlarına qarşı şüarlar səsləndirərək, dinə zidd qanunların tətbiq edilməsini və "din adı altında torpaq zəbti"nin dayandırılmasını tələb ediblər.

Hindu sağçı Sakal Hindu Samaj qrupunun təşkil etdiyi nümayişdə müsəlmanlara qarşı dini ədavəti qızışdırmaqda ittiham olunan hindu milliyətçi qrupları Raştriya Swayamsevak Sanq və Ümumdünya Hindu Şurasının rəhbərləri və üzvləri iştirak ediblər.

Malik Atilay

 





31.01.2023    çap et  çap et