525.Az

Sloveniyada Rusiyaya casusluq ittihamı ilə 2 nəfər saxlanılıb


 

Sloveniyada Rusiyaya casusluq ittihamı ilə 2 nəfər saxlanılıb<b style="color:red"></b>

Sloveniyada Rusiyanın xeyrinə casusluq edən iki nəfər saxlanılıb.

525.az xəbər verir ki, Sloveniya Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (SOVA) açıqlamasında 2 əcnəbi vətəndaşın Rusiyaya casusluq ittihamı ilə saxlanıldığı və şübhəlilərin özlərini cənubi amerikalı iş adamları kimi təqdim etdikləri paylaşılıb. Yerli KİV-in məlumatına görə, 2022-ci ilin dekabrında Lyublyana Şəhər Prokurorluğu 2 nəfərə qarşı casusluq istintaqına başlayıb.

Xarici kəşfiyyat orqanına casusluq etməkdə və saxta sənədlər hazırlamaqda şübhəli bilinən şəxslərlə bağlı istintaq isə davam edir. Şübhəlilərə Rusiya Hərbi Kəşfiyyatına (QRU) xəbər verməkdə təqsirli bilinəcəkli təqdirdə 8 il həbs cəzası veriləcəyi bildirilib.

Qeyd edək ki, yerli media da istintaqın məxfiliyinə görə başqa təfərrüatları paylaşmayıb.

Məhəmməd Tağıyev

 





31.01.2023    çap et  çap et