525.Az

Fransada sərnişinlərə "tətil" xəbərdarlığı


 

Fransada sərnişinlərə "tətil" xəbərdarlığı<b style="color:red"></b>

Fransada həmkarlar ittifaqı hökumətin mübahisəli pensiya islahatına qarşı tətilə və etirazlara çağırdıqdan sonra ölkənin rəsmi dəmir yolu operatoru SNCF sərnişinlərdən səfərlərini ləğv etmələrini və ya təxirə salmalarını istəyib.

525.az xəbər verir ki, SNCF-nin "Twitter" hesabında edilən açıqlamaya görə, yanvarın 31-də bütün qatar xətlərində əhəmiyyətli fasilələr olacaq. Açıqlamada: "Mümkünsə, planlaşdırdığınız səyahətləri ləğv etməyi və ya təxirə salmağı, uzaqdan işləməyə üstünlük vermənizi tövsiyə edirik", - deyə bildirilib. Qatarların hərəkət saatları SNCF-nin internet saytında mütəmadi olaraq yenilənəcək və səfərləri ləğv edilən sərnişinlər SMS vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd edək ki, yanvarın 19-da pensiya islahatına qarşı keçirilən ümummilli nümayişlərə 1 milyondan çox insan qatıldığı halda, ən mühüm 8 həmkarlar ittifaqı 31 yanvarda xalqı yenidən küçələrə çıxmağa çağırıb.

Məhəmməd Tağıyev

 





31.01.2023    çap et  çap et