525.Az

Almaniyada müsəlman ailə irqçi hücuma məruz qalıb


 

Almaniyada müsəlman ailə irqçi hücuma məruz qalıb<b style="color:red"></b>

Almaniyanın Halle şəhəri yaxınlığındakı Merseburq qəsəbəsində müsəlman ailə küçədə 7 nəfərlik irqçi qrupun hücumuna məruz qalıb. 

525.az xəbər verir ki, MDR televiziya kanalının polis mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Halle Futbol Komandasının tərəfdarları olan hücumçular əvvəlcə müsəlman ailəni nifrət dolu irqçi məzmunla təhqir edib, daha sonra onlara fiziki hücum ediblər. 

Rosa-Lüksemburq küçəsində baş verən hadisədə yaşları 19-33 arasında olan kişilərdən ibarət təcavüzkar qrupa müdaxilə edildiyi və hücum edənlərdən 4-nün gözyaşardıcı qazla zərərsizləşdirildiyi paylaşılıb. 

Ətrafdakı insanların müdaxiləsi ilə yüngül yaralanan cinayətkarlardan bəzilərinə tibbi yardım göstərilib. Hücum edilən ailənin ətrafdakı insanlar tərəfindən xilas edildiyi və müalicəyə ehtiyac olmadığı açıqlanıb. Polisin hücum edənlərin şəxsiyyətini müəyyənləşdirdiyi və hadisə ilə bağlı araşdırmalara başlanıldığı açıqlanıb.

Malik Atilay

 





31.01.2023    çap et  çap et