525.Az

4300-dən çox şəxs magistraturaya sənəd verib


 

4300-dən çox şəxs magistraturaya sənəd verib<b style="color:red"></b>

Bu gün saat 12:00-a olan məlumata görə, 4348 nəfər magistraturaya sənəd verib.

525.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, onlardan 3890 nəfəri Azərbaycan, 458-i isə rus bölməsi üzrə təhsil alanlaradır.

Qeyd edək ki, DİM yanvarın 24-də 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib. Sənəd qəbulu fevralın 9-u 23:59-dək davam edəcək.

 





31.01.2023    çap et  çap et