525.Az

"Qarabağ"ın yeni transferi "Gent"lə oyunu buraxa bilər


 

"Qarabağ"ın yeni transferi "Gent"lə oyunu buraxa bilər<b style="color:red"></b>

"Qarabağ"ın yeni transferi Yassin Benzia Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə (Belçika) oyunları buraxa bilər.

525.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov "CBC Sport"a açıqlamasında bildirib. O, 28 yaşlı yarımmüdafiəçinin komandaya gec qoşulması səbəbindən hazırlıq səviyyəsinin digər futbolçulardan daha aşağı ola biləcəyini deyib:

"Gent"lə oyuna qədər yeni transferlərimizdən minimum iki futbolçu hazır olacaq. Sadəcə olaraq Benzia bizə bir az gec qoşulub. Ola bilər ki, onun hazırlığı digərlərindən aşağıdır. Qarşıda vaxtımız var. Yenə də hər şey həmin matça qədər bilinəcək".

Qeyd edək ki, Ağdam təmsilçisi Benzianı yanvarın 26-da Fransanın "Dijon" klubundan alıb. Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Əlavə edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

 





31.01.2023    çap et  çap et