525.Az
Ölkədə istifadə olunan ən köhnə avtomobillər
Azərbaycanda hazırda istifadə olunan köhnə avtomobillər bəlli olub.
Lent.az-ın “fins.az”-a istinadən verdiyi məlumata görə, indiyədək icbari sığorta edilmiş 892 528 avtomobildən yalnız 2 696-sı və ya 3%-i yeni, yəni 2014-cü ilin buraxılışı olan maşınlardır.
Digər avtomobillərə gəlincə, qeydiyyatda olan avtomobillərin 16%-i və yaxud 147 mini yaşı 4-ə qədər olanlar, 25%-i və yaxud 227 mini 4-10 yaşlılardır. Başqa sözlə, ölkədəki avtomobillərin yalnız 44%-i 10 ilədək yaşı olanlardır. Avtomobili
36%-i və yaxud 322 mini 10-20 yaşlılar, 14%-i və yaxud 125 mini 20-30 yaşlılar, 8%-i və yaxud 71 mini isə istehsal tarixi 30 ildən çox olanlardır.
Köhnə maşınlar arasında yaşı 65-75 il olan avtomobillər də var. Məsələn, sürülən maşınların ən yaşlısı 1939-cu ilin buraxılışı olan “Horch 853A” avtomobilidir. Bundan başqa, siyahıda 1940-cı ilin “PACKARD”ı, 1941-ci ilin “Willys MB”-si, 1947-ci ilin “BMW 321”-i, 1949-cu ilin “PLYMOUTH”, “CADİLLAC SERİES-62”, “OPEL KAPİTAN”, “QAZ–M-20 POBEDA” və “Moskvitch M-400”-ü , eləcə də 1950-ci ildə buraxılmış “MOSKVITCH-20” var.
№ |
Avtomobinin markası |
Avtomobilin modeli |
İstehsal ili |
1 |
Horch |
853A |
1939 |
2 |
PACKARD |
|
1940 |
3 |
Willys MB |
|
1941 |
4 |
BMW |
321 |
1947 |
5 |
PLYMOUTH |
|
1949 |
6 |
CADİLLAC |
SERİES-62 |
1949 |
7 |
OPEL |
KAPİTAN |
1949 |
8 |
QAZ–M-20 |
POBEDA |
1949 |
9 |
Moskvitch |
M-400 |
1949 |
10 |
MOSKVITCH |
20 |
1950 |
04.07.2014 çap et