“Xəzər Lənkəran”la birgə Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan komandanın baş məşqçisi Oğuz Çətin dünən axşam saatlarında sinəsindəki şiddətli ağrı səbəbi ilə xəstəxanaya yerləşdirilib.
525.az-ın Türkiyənin "Milləyyət" qəzetinə istinadən yaydığı xəbərə görə, infakt keçirdiyi iddia edilən mütəxəssisə reanimasiya şöbəsində tibbi yardım göstərilib. Oğuz Çətin müalicə olunduğu müddətdə "Xəzər Lənkəran"ın futbolçuları və məşqçi heyəti xəstəxanadan ayrılmayıblar.
Hazırda məşqçinin səhhətinin yaxşı olduğu bildirilir.
çap et