525.Az

Aydın Mirzəzadə: "Qarabağı unutmaq özünü unutmaq deməkdir"


 

Millət vəkili Aydın Mirzəzadənin "525"ə müsahibəsi

Aydın Mirzəzadə: "Qarabağı unutmaq özünü unutmaq deməkdir"<b style="color:red"></b>

- Aydın müəllim, istər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sonuncu yay sessiyasında, istərsə ATƏT Parlament Assambleyasının (PA) bu günlərdə öz işini baş vuran 23- yay-Bakı sessiyasında müzakirələr zamanı ermənilər Qarabağ məsələsinin tənzimlənməsilə ilə bağlı növbəti dəfə qeyri-konstruktiv aqressiv mövqelərini sərgilədilər, münaqişənin həllində güzəştə getməyəcəklərinin növbəti siqnallarını vermiş oldular. Bu baxımdan, Ermənistanla, ermənilərlə danışıqlar prosesini bundan sonra da davam etdirməyə ehtiyac qalırmı proseslər münaqişənin həllini yenidən hərb variantına doğru aparmırmı?

- Bu problemin iki yolu var- ya sülh, yaxud da hərb yolu. Azərbaycan da bunun hər ikisini diqqətdə saxlayır. Güclənən ordumuz, yeni silahlar, cəbhə xəttində belə demək mümkünsə, Azərbaycanın hücum taktikası, bütün bunlar hamısı Ermənistan tərəfinə yaxşı məlumdur. Problemin sülh yolu ilə həlli isə Ermənistan tərəfinə edilən ən böyük güzəştimizdir. Biz torpaqlarımızın işğaldan azad edilməsini istəyir, eyni zamanda, Ermənistana şans da veririk. O başqa məsələdir ki, Ermənistanın indiki rəhbərliyi Azərbaycanın bu niyyətini qiymətləndirmək istəmir. Amma bununla belə yaxşı başa düşür ki, o torpaqların işğaldan azad olunmaqdan başqa yeni variantı yoxdur. O, gec-tez işğal olunmuş torpaqlardan getməlidir. Çünki torpaqları işğalda saxlamaq Azərbaycanın böyük iqtisadi imkanlarından məhrum olmaq, izolyasiyada qalmaq, digər tərəfdənsə, Ermənistanın bir dövlət kimi xəritədən silinməsi deməkdir. Ermənistan nümayəndələrinin beynəlxalq tədbirlərdə aqressiyası, Ermənistan prezidentinin özünün, belə deyək, güzəştə getməmək mövqeyindən çıxışı da ancaq bir şeyə hesablanıb. O, danışıqlarda Azərbaycandan özü üçün maksimum daha çox qoparmağa çalışır. Ancaq torpaqların qaytarılması birmənalıdır. Azərbaycanın suverenliyinin Dağlıq Qarabağ üzərində tanınması, tamamlanması birmənalıdır. Ancaq bununla belə, Ermənistan bu gün bacardığı qədər bu situasiyada ya torpaqların bir qismini özündə saxlamağa, ya Azərbaycandan hansısa maddi imkanlar əldə etməyə, ya da problemin həllində müəyyən boşluqlar yaratmağa çalışır ki, gələcəkdə ondan Azərbaycana qarşı yeni hücumlar üçün istifadə etsin. Yəni, onların düşüncəsi ilə bu metod onlara fayda verə bilər. Ancaq tarixən heç bir halda yarımçıq siyasət, başqasını aldatmağa, başqasının hüquqlarını tapdalamağa yönələn siyasət uğur gətirməyib bu dəfə Ermənistana uğur gətirə bilməz.

- Sizcə, Azərbaycanı indiki situasiyada hərb variantından çəkindirən nədir - beynəlxalq güclər, yaşadığımız dünyanın mövcud şərtləri, yoxsa?.. Eyni zamanda, müxalif dairələr belə iddialar səsləndirirlər ki, ötən 20 illik atəşkəs dövrü boşuna sərf olundu, Azərbaycan hakimiyyəti müharibəni uğurla başa vurmaq imkanlarını əldən vermiş oldu sair...

- Mən hesab edirəm ki, onlar daim ağa qara demək siyasətini üstün tuturlar. Yəni, bu gün ordunun inkişafı, ordudakı intizam hərbi qüdrət göz qarşısındadır. Heç bilməsələr, bunu deyənlərin övladlarının hərbi xidmətdən qayıtdıqları təəssüratlar valideynlər üçün kifayətdir. Azərbaycan isə bu gün problemin həllində hər iki variantdan istifadə edir-həm hərb, həm sülh yolundan. Yəni ki, bu gün keçirilən təlimlər, cəbhə xəttində Ermənistana qarşı edilən təzyiqlər göz qarşısında olan məsələdir. Şübhəsiz ki, beynəlxalq ictimaiyyətin Azərbaycanla problemi sülh yolu ilə həll etmək xahişi ilə çağırışları da Azərbaycanın, eyni zamanda, sülh variantından istifadə etməsinə gətirib çıxarır.

- Yeri gəlmişkən, Qarabağ münaqişəsinin başlamasından 26 il keçir bu, heç az bir müddət deyil. Ancaq qədər ağrılı da olsa, etiraf etməliyik ki, bu gün bir çox insanlarımız artıq bu münaqişəni, birinci (1988-1994- illər) Qarabağ müharibəsini unutmaq üzrədirlər, xüsusilə, qaçqınlıq məcburi köçkünlük dövründə ondan sonra dünyaya gələn, o cümlədən, Qarabağı görməyən nəsil...

- Qarabağı unutmaq özünü unutmaq deməkdir. Özü təkcə Qarabağ yox, digər bölgələri . Ancaq baş verməsindən asılı olmayaraq, Azərbaycan xalqı özünün tarixinə, mədəniyyətinə, özünün torpağına iddiasından heç zaman əl çəkməməlidir. Torpağın işğaldan azad olunması məsələsi heç asan məsələ deyil. Ermənistan Qarabağ, Azərbaycanın Türkiyə torpaqları ilə bağlı planlarını yüz illərlə qurub yüz illərlə bu istiqamətdə fəaliyyət aparıb. Yəni, bu baxımdan, Qarabağ münaqişəsinin qısa bir zamanda həllinə ümid etmək, məncə, düzgün olmazdı. Çünki Ermənistanın özündə müxtəlif qüvvələr var ki, bu ya digər formada problemin həllinə maneçilik törədiblər. Hesab edirəm ki, 20 ildən çox keçməsinə baxmayaraq, bu gün gənc nəsil belə Qarabağ məsələsində kifayət qədər inamlıdır, kifayət qədər qətiyyətlidir problemin həllində hər cür variantda iştirak etməyə hazırdır. Ancaq tariximiz, torpağımız, mədəniyyətimizlə bağlı mütəmadi olaraq cəmiyyətdə aparılan fəaliyyət eyni zamanda, məlumatlandırma bu xalqı bu dəyərlərə möhkəm bağlaya bilir. Ona görə hesab edirəm ki, Azərbaycan xalqının da bu məsələdə hər hansı bir problemi yoxdur. Biz demirik ki, təkcə Dağlıq Qarabağ torpaqlarına çox sıx bağlıyıq. Biz hətta, Ermənistanın özünün qədim Azərbaycan torpaqlarında yaradıldığını, İrəvanın Ermənistana paytaxt kimi verilməsindən xəbərdarıq. Hətta, bu məsələdə tarixi acını indiyə qədər yaşamaqdayıq. Bu gün azərbaycanlılar yaşayan bütün tarixi Azərbaycan torpaqlarında Azərbaycan mənəvi birlik nümayiş etdirir Azərbaycan xalqının birliyinin qorunması istiqamətində çalışır. Problemin isə zaman həll olumasından asılı olmayaraq, Azərbaycan xalqı özünün əzəli torpaqlarına həmişə iddia edəcək Qarabağ probleminin həllinə elə böyük bir zaman qalmayıb.

- Aydın müəllim, Qarabağ münaqişəsi yenicə başlayan dövrlərdə hamıda böyük bir vətənpərvərlik hissi vardı, hamı nəsə əlindən gələni etməyə çalışırdı, hətta, o vaxt "Biz hamımız qarabağlıyıq!" adlı mahnının sözləri dillər əzbəri idi sair. İndi necə, biz həqiqətən hamımız qarabağlıyıqmı, hamımız bütövlükdə vahid, bölünməz Azərbaycan eşqilə alışıb-yanırıqmı?

- Hesab edirəm ki, həqiqətən belədir. Bu gün hər bir azərbaycanlı özünün tarimizə torpağımıza bağlılığımızı hiss edir bunun üçün mümkün varsa fəaliyyət göstərməyə hazırdır. Eyni zamanda, bunun üçün heç hərbçi yaxud, diplomat olmağa ehtiyac yoxdur. Hər bir kəs - istər sahibkar, istər alim, istər müğənni, istər fəhlə- hər biri öz fəaliyyəti ilə Azərbaycanı qüdrətləndirir. Azərbaycanın qüdrətlənməsinə, eyni zamanda, Azərbaycançılığın möhkəm ayaqüstə durmasına dəstək verir.

Kamil HƏMZƏOĞLU

 





04.07.2014    çap et  çap et