525.Az

Eyfel qülləsi tətilə görə bağlanıb


 

Eyfel qülləsi tətilə görə bağlanıb<b style="color:red"></b>

Fransada pensiya yaşının 64-ə qaldırılmasını hədəfləyən pensiya islahatına qarşı ümummilli tətil səbəbiylə Eyfel qülləsinin sabaha qədər ziyarətçilərə bağlı olduğu bildirilib.

525.az xəbər verir ki, Eyfel qülləsinin rəsmi "Twitter" hesabından edilən açıqlamada qüllənin milli tətil səbəbiylə sabaha qədər bağlandığı bildirilib. Açıqlamada qüllənin qarşısındakı ərazinin yerli vaxtla saat 21:00-a qədər açıq və pulsuz olacağı qeyd edilib. Hökumətin pensiya islahatına etiraz etmək üçün təhsil, nəqliyyat, enerji və dövlət sektoru kimi sektor işçiləri tətilə çıxıb. Marsel, Tuluza və Aras kimi şəhərlərdə islahat əleyhinə nümayişlər başlayıb.

Qeyd edək ki, yanvarın 19-da ölkə daxilində pensiya islahatına qarşı keçirilən nümayişlərə 1 milyondan çox adam qatıldığı halda, 8 aparıcı həmkarlar ittifaqı bu gün xalqı yenidən küçələrə çıxmağa çağırıb.

Məhəmməd Tağıyev

 





31.01.2023    çap et  çap et