525.Az

Əbülfəs Qarayev vyetnamlı həmkarını qəbul edib


 

Əbülfəs Qarayev vyetnamlı həmkarını qəbul edib<b style="color:red"></b>

Vyetnam Sosialist Respublikasının mədəniyyət, idman turizm naziri Hoanq Tuan Anhın rəhbərlik etdiyi nümayəndə heyəti Mədəniyyət Turizm Nazirliyində olub. Görüşdə mədəniyyət turizm Əbülfəs Qarayev may ayında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyətinin Vyetnama rəsmi səfəri zamanı iki ölkə arasında əməkdaşlığa dair mühüm sənədlərin imzalandığını bildirib. Nazir Vyetnam nümayəndə heyətinin ölkəmizə səfərinin müvafiq sahələrdə əməkdaşlığın inkişafına öz dəyərli töhfəsini verəcəyini deyib. Bu səfərin reallaşmasında göstərdikləri fəallığa görə hər iki ölkənin səfirliklərinə təşəkkürünü bildirən nazir Əbülfəs Qarayev Vyetnam nümayəndə heyətinin təkcə paytaxtımızla deyil, həm respublikamızın regionları ilə tanış olmaq imkanından məmnunluğunu ifadə edib.

Vyetnam nümayəndə heyətinin ölkəmizə səfərindən Prezident İlham Əliyevin məlumatlı olduğunu deyən nazir Əbülfəs Qarayev dövlətimizin başçısının salamlarını qarşı tərəfə çatdırıb.

Görüşdə təcrübə mübadiləsinin vacibliyindən danışılmış, bir-birindən uzaq məsafədə yerləşən hər iki ölkənin müasir qloballaşma şəraitində əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Vyetnam Sosialist Respublikasının mədəniyyət, idman turizm naziri Hoanq Tuan Anh xalqlarımızın dostluğundan söz açıb, Prezident İlham Əliyevin rəsmi səfərinin ölkəsində unudulmaz təəssürat yaratdığını deyib. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Vyetnam xalqına göstərdiyi köməyi xatırladan qonaq bunun heç vaxt unudulmayacağını deyib. Görüşdə Azərbaycan-Vyetnam əlaqələrinin perspektivləri müzakirə olunub iki ölkə arasında mədəniyyət sahəsində ilk əməkdaşlıq proqramı imzalanıb.

Proqramı Azərbaycan tərəfindən mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Vyetnam tərəfindən bu ölkənin mədəniyyət, idman turizm naziri Hoanq Tuan Anh imzalayıb.

S.ABDULLAYEVA

 





04.07.2014    çap et  çap et