525.Az

Cənubi Afrika Respublikasında su qıtlığı yaşanır


 

Cənubi Afrika Respublikasında su qıtlığı yaşanır<b style="color:red"></b>

Cənubi Afrika Respublikasının ən böyük şəhəri və ticarət mərkəzi olan Yohannesburqda su ehtiyatlarının azalması səbəbindən su qıtlığı yaşanır. 

525.az xəbər verir ki, yerli mətbuatda əksini tapan xəbərlərə görə, son həftələrdə havaların isti keçməsi, yağıntıların az olması və suya tələbatın artması səbəbindən şəhərin su ehtiyatları azalıb. 

Su ehtiyatlarının azalması Yohannesburqun əksər hissələrində uzun müddət su qıtlığına səbəb olub. Yohannesburq Su İdarəsindən verilən məlumata görə, yanvarın 31-nə olan məlumata görə, şəhəri su ilə təmin edən 17 su anbarından 12-si kritik dərəcədə azalıb. Suyun təzyiqinin aşağı olması səbəbindən şəhərin yüksək dağlıq ərazilərində suyun kəsilməsinə daha çox rast gəlinib.

Malik Atilay

 





01.02.2023    çap et  çap et