525.Az

ABŞ-də müəmmalı balina ölümləri artıb


 

ABŞ-də müəmmalı balina ölümləri artıb<b style="color:red"></b>

ABŞ-nin şərq sahillərində müəmmalı balina ölümləri artmaqda davam edir. 

525.az xəbər verir ki, dekabrın əvvəlindən ən azı 15 balina ölü şəkildə sahilə vurub. Nyu-Yorkun Lido Beach kəndində uzunluğu təxminən 10 metr olan nəhəng balina sahilə çıxıb. 

Okeanlarda çirklənmənin qarşısını almaq üçün çalışan Təmiz Okean Fəaliyyət Meneceri Cindy Ziph balinaların nədən zərər çəkdiyinə dair heç bir sübut olmadığını deyib. 

Təmiz Okean Fəaliyyəti balina ölümlərinin araşdırılmasını tələb edib. Səlahiyyətlilər və ekoloqlar balinaların müəmmalı ölümlərinin arxasında nə olduğunu öyrənməyə çalışırlar.

Qeyd edək ki, nəhəng balina ABŞ-də dekabrın 1-dən sahilə çıxan 15-ci balina kimi qeydə alınıb.

Malik Atilay

 





01.02.2023    çap et  çap et