|
|
|
|
Pakistanın Hayber Paxtunxva əyalətində qayığın bənddə batması nəticəsində həyatını itirən tələbələrin sayı 51-ə çatıb.
525.az xəbər verir ki, Pakistanın Kohat bölgəsindəki Tanda bəndində qayığın batması nəticəsində daha 21 nəfərin cəsədi tapılıb. Səlahiyyətlilər həyatını itirən tələbələrin sayının 51-ə yüksəldiyini və ölənlərin əksəriyyətinin uşaqlar olduğunu açıqlayıb.
Qeyd edək ki, mədrəsə tələbələrinin Tanda bəndində əylənmək üçün getdikləri qayıq yanvarın 29-da həddindən artıq yüklənmə səbəbindən batıb.
Malik Atilay