525.Az

Pakistanda batan qayıqda 51 tələbə həyatını itirib


 

Pakistanda batan qayıqda 51 tələbə həyatını itirib<b style="color:red"></b>

Pakistanın Hayber Paxtunxva əyalətində qayığın bənddə batması nəticəsində həyatını itirən tələbələrin sayı 51-ə çatıb. 

525.az xəbər verir ki, Pakistanın Kohat bölgəsindəki Tanda bəndində qayığın batması nəticəsində daha 21 nəfərin cəsədi tapılıb. Səlahiyyətlilər həyatını itirən tələbələrin sayının 51-ə yüksəldiyini və ölənlərin əksəriyyətinin uşaqlar olduğunu açıqlayıb. 

Qeyd edək ki, mədrəsə tələbələrinin Tanda bəndində əylənmək üçün getdikləri qayıq yanvarın 29-da həddindən artıq yüklənmə səbəbindən batıb.

Malik Atilay

 





01.02.2023    çap et  çap et