525.Az

AİHM Xorvatiyanı immiqrantlara görə təqsirli bilib


 

AİHM Xorvatiyanı immiqrantlara görə təqsirli bilib<b style="color:red"></b>

Xorvatiyadakı Sülh Araşdırmaları Mərkəzi Avropa İnsan Haqları Məhkəməsi (AİHM) tərəfindən mühacirlərə qarşı hərəkətlərinə görə təqsirli bilinən Xorvatiyanın susmasına reaksiya verib.

525.az xəbər verir ki, Xorvatiyadakı Sülh Araşdırmaları Mərkəzi (CMS) paytaxt Belqradda keçirilən mətbuat konfransında, AİHM-in yanvarın 17-də açıqladığı qərara əsasən insan haqlarını pozmaqda təqsirli bilinən Xorvatiyanın məsələ ilə bağlı heç bir açıqlama verməməsinə diqqət çəkib.

CMS rəsmilərindən Antonia Pindulik polis nəzarətində olan 3 mühacirin 2015-ci ildə yanğında həyatını itirdiyini, bir nəfərin isə ağır yaralandığını və Xorvatiyanın insan haqlarına zidd hərəkət etdiyini xatırladıb.

Qeyd edək ki, daha əvvəl AİHM Xorvatiyanı bir miqrantın qatar relslərində ölü tapılmasında günahkar bilmişdi.

Məhəmməd Tağıyev

 





01.02.2023    çap et  çap et