|
|
|
|
Fransanın müdafiə naziri Sebastien Lekornu ölkəsinin Ukraynaya əlavə "12 Sezar haubitsa" göndərəcəyini açıqlayıb.
525.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, Lekornu Ukraynaya edilən yardımlarla bağlı açıqlama verib. O, ölkəsinin yaxın həftələrdə Ukraynaya əlavə 12 "Sezar haubitsa", həmçinin 1 "GM200" tipli radar göndərəcəyini deyib.
Digər tərəfdən 150 fransız əsgəri Polşaya göndəriləcək və orada ayda 600 ukraynalı əsgərə təlim keçəcək. Beləliklə, yaya qədər 2000 Ukrayna əsgəri təlim keçəcək.
Qeyd edək ki, Fransa bundan əvvəl Ukraynaya 18 "Sezar haubitsa" göndərmişdi.
Məhəmməd Tağıyev