525.Az

Ağ Ev Baydenin sözlərini şərh etməkdən imtina edib


 

Ağ Ev Baydenin sözlərini şərh etməkdən imtina edib<b style="color:red"></b>

Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ Prezidenti Co Baydenin F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı sözlərini şərh etməkdən imtina edib.

525.az xəbər verir ki, o Amerika liderinin Kiyevə F-16-ların verilməsindən imtina qərarının qəti olub-olmaması sualına: “Prezidentin F-16 haqqında dediklərinə heç nə əlavə etmək fikrində deyiləm", - cavabını verib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Co Bayden demişdi ki, Amerika tərəfi F-16 qırıcılarını Ukrayna ordusuna təhvil verməyəcək. Eyni zamanda Pentaqon Kiyevə döyüş təyyarələrinin göndərilməsinə icazə verib.

Havar Şəfiyeva

 





01.02.2023    çap et  çap et