525.Az

Zakir Həsənov Türkiyəyə səfər edəcək


 

Zakir Həsənov Türkiyəyə səfər edəcək<b style="color:red"></b>

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək.

525.az-ın verdiyi xəbərə görə, nazir türkiyəli həmkarı ilə birlikdə Türkiyənin Qars əyalətində keçirilən “Qış-2023” hərbi təlimlərini izləyəcək.

Qeyd edək ki, yanvarın 18-dən başlayan “Qış-2023” hərbi təlimlərində Azərbaycandan və digər 16 ölkədən hərbçilər iştirak edir. Fevralın 2-i təlimlərin son və əsas günüdür.

 





01.02.2023    çap et  çap et