525.Az

"Dayə" peşə ixtisasının tanınması üzrə sənəd qəbulu elan edilib


 

"Dayə" peşə ixtisasının tanınması üzrə sənəd qəbulu elan edilib<b style="color:red"></b>

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Dayə” ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

TKTA-dan 525.az-a bildirilib ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən dayələr səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.

Məlumat üçün qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə Sertifikat təqdim ediləcək.

 





01.02.2023    çap et  çap et