525.Az

Bakıda II Bakı Elm Olimpiadası keçiriləcək


 

Bakıda II Bakı Elm Olimpiadası keçiriləcək<b style="color:red"></b>

Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında II Bakı Elm Olimpiadası keçiriləcək.

Bu barədə 525.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat verilib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.

Olimpiada 8-ci və 9-cu sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq.

Olimpiadanın I mərhələsində iştirak edəcək komandalar 5 fevral 2023-cü il tarixinədək elektron qeydiyyatdan (https://forms.gle/gM8uRV8nMWrCm5EP7) keçməlidirlər.

Olimpiadanın I mərhələsində (18 fevral) ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II-final mərhələsində iştirak üçün vəsiqə qazanacaq.

 





01.02.2023    çap et  çap et