525.Az

Fazil Mustafa: Azərbaycanda milyonlarla manat vəsait xüms adı ilə yığılaraq İrana göndərilir


 

Fazil Mustafa: Azərbaycanda milyonlarla manat vəsait xüms adı ilə yığılaraq İrana göndərilir<b style="color:red"></b>

“Soydaşlarımız haqqında” qanunun qəbulu vacibdir”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Fazil Mustafa bildirib.

Fazil Mustafa deyib ki, Azərbaycanda milyonlarla manat vəsait xüms adı ilə yığılaraq İrana göndərilir: “Bu, terrorizmin maliyyələşdirilməsidir. Dini ziyarətlər tam dövlətin nəzarətində olmalı, müəyyən yerlərə ziyarət edənlər də riskli qrup kimi nəzərə alınmalıdır. Digər tərəfdən, meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir”.

 





01.02.2023    çap et  çap et