525.Az

Məktəbli teatrı yaradılıb - FOTO


 

Məktəbli teatrı yaradılıb - <b style="color:red">FOTO</b>

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumi təhsil kateqoriyası üzrə qalibi olmuş layihə məhz “Məktəbli teatrı”nın yaradılmasına həsr olunub. Layihəni 279 nömrəli tam orta məktəb həyata keçirir. Layihə adıçəkilən məktəb ilə Bakı Şəhər Mədəniyyət İdarəsi Uşaq və Gənclər Teatrı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə əməkdaşlıqda reallaşır. 

525.az xəbər verir ki, “Məktəbli teatrı” layihəsində məktəblilərin tamaşa hazırlamaq bacarıqlarını inkişaf etdirmək üçün təlimlər keçirilir. Təlimlər aktyor sənəti, nitq mədəniyyəti, plastika, rəqs, vokal mövzularını əhatə edir. 

Layihədə beynəlxalq səviyyədə geniş tətbiq olunan Forum teatrı metodundan geniş istifadə olunur. 

Hazırda müzakirələrdə qaldırılan mövzular əsasında ssenari yazılır. Hazırlanan tamaşanı müxtəlif məktəblərdə nümayiş etdiriləcək.

Layihənin rəhbəri, 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayevanın sözlərinə görə, məktəbli teatrının yaradılması məktəblilərin yaradıcı fəaliyyətlərə cəlb olunmasına, sosiallaşmasına, komandada işləmək bacarıqlarının, dünyagörüşünün inkişafına, onların şəxsiyyət və vətəndaş kimi formalaşmasına töhfə verəcək. 

Layihə müəllimlər və valideynlər üçün də faydalı olacaq. Belə ki, şagirdlərin öz arzu və istəkləri ilə bağlı aydın fikrə malik olması, müəllimlərin və valideynlərin də işini asanlaşdırmağa töhfə verəcək.
 

 

 





01.02.2023    çap et  çap et