525.Az

Boks üzrə Heydər Əliyev kubokunun vaxtı dəqiqləşib


 

Boks üzrə Heydər Əliyev kubokunun vaxtı dəqiqləşib<b style="color:red"></b>

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirin keçirilmə günü dəqiqləşib.

Azərbaycan Boks Federasiyasından 525.az-a verilən məlumata görə, 2007-2008-ci il təvəllüdlü idmançılar arasında baş tutacaq yarış martın 28-də start götürəcək.

Heydər Əliyev kubokunda qaliblərin adlarına aprelin 1-də aydınlıq gələcək. Turnirdə martın 1-də komandaların gəlmə, aprelin 2-də getmə günü olacaq.

Qeyd edək ki, Azərbaycanda noyabrda təşkil olunacaq 22 yaşadək boksçular arasında Avropa çempionatının tarixi bugünlərdə dəqiqləşəcək.

 





01.02.2023    çap et  çap et