525.Az

ABŞ “Müstəqil Kürdüstana” qarşı çıxıb


 

ABŞ “Müstəqil Kürdüstana” qarşı çıxıb<b style="color:red"></b> Amerika Birləşmiş Ştatları Məsud Bərzaninin müstəqilliklə bağlı referendum qərarına qarşı çıxıb.

Lent.az-ın “aljazeera türk”ə istinadən verdiyi xəbərə görə, İraq Kürdüstanının məclis naziri Fuad Hüseyn və xarici əlaqələr naziri Felah Mustafa Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri, Co Bayden və digər rəsmilərlə görüşüblər.
 
F.Mustafa keçirilən görüşlər zamanı İraqdan ayrılmaq istəklərinin Obama hakimiyyəti tərəfindən yaxşı qarşılanmadığını bildirib: “Bu səfərimizdə Obama hakimiyyətinin tələbimizi daha müsbət qarşılayacağını düşünürdük, çünki ABŞ bizim dostumuzdur”.
 
F.Mustafa rəsmi Vaşinqtonun onlara “Bağdadla əlaqələri düzəldin” çağırışı etdiyini də sözlərinə əlavə edib: “Biz kifayət qədər əziyyət çəkmişik. Xalqımızın daha yaxşı gələcəyə ehtiyacı var. Bu bizim haqqımızdır”.
 





04.07.2014    çap et  çap et