525.Az

Çevik Polis Alayına komandir təyin edilib


 

Çevik Polis Alayına komandir təyin edilib<b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına (ÇPA) komandir təyin edilib.

525.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Ramil Piriyev təyinat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev APA-ya məlumatı təsdiq edib.

Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının sabiq komandiri, polis general-mayoru Səhlab Bağırov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

 





01.02.2023    çap et  çap et