525.Az

Azərbaycan vətəndaşları üçün Türkiyədən quru sərhəd vasitəsilə Naxçıvana giriş açıqdır


 

Azərbaycan vətəndaşları üçün Türkiyədən quru sərhəd vasitəsilə Naxçıvana giriş açıqdır<b style="color:red"></b>

Türkiyədən quru sərhəd vasitəsilə Naxçıvana Muxtar Respublikasına giriş bütün Azərbaycan vətəndaşları üçün açıqdır, eyni marşrutla Türkiyəyə getmək isə yalnız Naxçıvana MR qeydiyyatnda olan şəxslər üçün mümkündür.

Bu barədə 525.az-a Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Məlum olduğu kimi, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin elan edildikdən sonra ölkənin quru sərhədləri bağlanıb. Bununla belə, yalnız Naxçıvandan İran və Türkiyəyə gediş-gəlişə icazə verilib. 2022-ci ilin iyul ayında bütün ölkə vətəndaşları üçün sərhəd keçidlərində Naxçıvan MR-ə giriş və çıxışa məhdudiyyətlər tətbiq edilib. Yalnız yük daşımaları, eləcə də İran ərazisindən keçməklə Naxçıvana MR-ə hərəkət edən müntəzəm avtobuslar üçün keçidə icazə verilib.

 





01.02.2023    çap et  çap et