525.Az

Duma miqrantların işləməsini çətinləşdirən qanunu qəbul etdi


 

Duma miqrantların işləməsini çətinləşdirən qanunu qəbul etdi<b style="color:red"></b>

İyulun 4-də Rusiya Dövlət Duması ölkəyə turist kimi gələnlərin işləməsinə qadağa qoyan qanunu yekun oxunuşda qəbul edib.

“Media forum” saytı xəbər verir ki, yeni qanuna görə, Rusiyaya vizasız gələn xarici vətəndaşa miqrasiya kartında bu ölkəyə işləmək üçün gəldiyini göstərdiyi halda müvafiq icazə veriləcək. Əks halda çalışmaq yasaqdır.

Bu ilin yanvarında Rusiya Federal Xidməti 2013-cü ildə Rusiyadan 63 min xarici vətəndaşın çıxarıldığı, 1300 nəfərin deportasiya olunduğu, yarım milyon əcnəbinin ölkəyə gəlməsinə məhdudiyyət qoyulduğu haqda məlumat vermişdi.

 





04.07.2014    çap et  çap et