525.Az

Amerikalı siyasətçi Zelenskini yəhudi köklərinə görə müdafiə edənləri qınayıb


 

Amerikalı siyasətçi Zelenskini yəhudi köklərinə görə müdafiə edənləri qınayıb<b style="color:red"></b>

Amerikalı siyasətçi Cefri Yanq Ukrayna Prezidenti Vladimir Zelenskiyə yəhudi əsilli olmasına görə haqq qazandıranları "antisemit" adlandırıb.

525.az xəbər verir ki, amerikalı siyasətçi, Kentukki qubernatorluğuna namizəd Cefri Yanq "Twitter" hesabında Ukrayna Prezidenti Vladimir Zelenskini yəhudi əsilli olduğuna görə müdafiə edənləri qınayıb. 

Yanq Zelenskini nasist adlandırıb və əlavə edib ki, bunu inkar edən və onun hərəkətlərinə haqq qazandırmağa çalışan hər kəs antisemitlərdir. “Düşünürəm ki, qəddarlıq və insan haqları pozuntuları ilə dolu bir ölkənin nasist liderinin yəhudi olduğunu daim vurğulayan insanlar antisemit sayıla bilər”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidentini xalqının qayğısına qalmamaqda ittiham etmişdi.

Havar Şəfiyeva

 





01.02.2023    çap et  çap et